Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü - Prаqа, Аzərbаycаn prеzidеntinin iqаmətgаhı – «Qоrintiyа Tоvеrt» mеhmаnхаnаsı, 21 nоyаbr 2002-ci il

NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa Zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü oldu.

Prezident Heydər Əliyev və Prezident Eduard Şevardnadze ənənəvi xarakter almış və səmimilik, dostluq şəraitində keçən görüşlərindən məmnun olduqlarını bildirdilər.

Sammitin işi, müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparan dövlət başçıları NATO-nun bu toplantısının dünyada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması sahəsindəki əhəmiyyətini vurğuladılar.

Azərbaycan və Gürcüstan prezidentləri Cənubi Qafqazda və ümumən Qafqazda təhlükəsizliyin və sabitliyin bərqərar olmasının regionun inkişafı və tərəqqisi üçün vacibliyini nəzərə çatdırdılar, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ, gürcü–ab-xaz, gürcü–osetin münaqişələrinin həlli barədə fikir mübadiləsi apardılar.

Prezidentlər Xəzərin zəngin karbohidrogen yataqlarının işlənilməsi və enerji ehtiyatlarının dünya bazarına nəqli, o cümlədən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin inşası ilə bağlı həyata keçirilən konkret tədbirlərdən söhbət açdılar. Dövlət başçıları bu layihə ilə əlaqədar qarşıya çıxan çətinliklərin aradan qaldırılmasından da danışdılar.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərindən bəhs edən prezidentlər qarşılıqlı maraq doğuran bir sıra digər problemlər haqqında da fikir mübadiləsi apardılar. 

AzərTAc