Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya MDB üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə musahibəsi - 8 sentyabr 1994-cü il

Əlbəttə ki, indi hər bir toplantıdan respublikamızın problemlərinin həll olunması, Azərbaycanın başqa ölkələrdə əlaqələrinin möhkəmlənməsi üçün, o cümlədən Müstəqil Dövlətlər Birliyində aparacağımız işlər və əlaqələrimizin inkişaf etdirilməsi üçün çox şey gözləyirik. Nəyə nail olacağıq, - onu gələcək göstərəcək.

Sual: Azərbaycanın qarşıdakı görüşlər üçün konkret təklifləri varmı?

Cavab:  Bizim təkliflərimiz həmişə var. Bu gün də var, sabah da var. Bunları indi istədiyimiz səviyyədə həyata keçirməyə nə qədər imkanımızın olması tək bizdən asılı deyil. Bilirsiniz ki, indi dövlətlərarası, yaxud dövlətlər birliyində olan işlər ümumi razılıq əsasında gedir. Ona görə də biz həmişə çalışırıq ki, respublikamızın mənafeyini təmin edən qərarlar qəbul olunsun və buna da nail olmağa calışacağam.

Sual: Moskvada yəqin ki, Ermənistan prezidenti ilə görüşmək fikriniz var?

Cavab: Bəli, şübhəsiz ki, görüşəcəyəm, onunla da danışıqlarımız olacaq. Mən belə görüşləri həmişə səmərəli hesab edirəm və bu dəfə də görüşəcəyəm.