Mərakeşin məliki əlahəzrət VI Məhəmmədə - Bakı şəhəri, 22 fevral 2003-cü il

Əlahəzrət!

Mərakeşin Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında genişlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 2 mart 2003-cü il.