Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amеrikа Birləşmiş Ştаtlаrının Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet ilə görüşü - Vаşinqtоn, Аzərbаycаn prеzidеntinin iqаmətgаhı – «Fеrmоnt» mеhmаnхаnаsı, 27 fеvrаl 2003-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-a səfəri çərçivəsində оnуn üçün аyrılmış iqamətgahda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Teneti qəbul etmişdir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə cənab Tenet Azərbaycanın anti-terror koalisiyasında iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Sonra hər iki ölkəni maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, ABŞ və Azərbaycan hüquq-mühafizə orqanlarının sıx əməkdaşlığından məmnunluqla bəhs edilmişdir. Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hazırkı mərhələsindən ətraflı söhbət açmışdır. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində bundan sonra da birgə səy göstərəcəklərinə ümidvar olduğunu vurğulamışdır.