Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi Bakı ("Respublika" sarayı, 10 oktyabr 1993-cü il) sənədinə tarixi arayış

1993-cü il oktyabrın 3-də növbədənkənar prezident seçkiləri keçirilib. Seçkidə iştirak edənlərin 98,8 faizi Heydər Əliyevin namizədliyini dəstəkləyib. 1993-cü il oktyabrın 10-da Heydər Əliyevin andiçmə mərasimi keçirilib. Birinci prezidentlik müddətində Heydər Əliyev Azərbaycanda yeni ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin
imzalanmasına, müstəqil respublikanın ilk konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və reallaşdırılmasına, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmasına nail olub. Həmin dövr ərzində Heydər Əliyev dünyanın 24 ölkəsinə rəsmi səfər edib, BMT, ATƏT, NATO, Avropa Birliyi, İƏT kimi beynəlxalq təşkilatların ali tribunasından Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.