Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 20 iyun 2000-ci il

Sual: Cənab Prezident, sammitdə hansı məsələlər müzakirə ediləcək və bu səfər zamanı ikitərəfli görüşləriniz nəzərdə tutulubmu?

Cavab: Bu sammitdə müzakirə olunacaq məsələlər artıq məlumdur. Bunlar bir neçə məsələdən ibarətdir. Azad ticarət zonası yaratmaq məsələsi sammitin gündəliyində çoxdan durur. Biz onu qəbul etmişik, amma bəzi ölkələr qəbul etməyiblər. Bu məsələyə xüsusən Rusiyanın müxtəlif etirazları var idi. Ola bilər ki, bunlar aradan götürülsün. İndi əsas məsələ budur. Gündəlikdə beynəlxalq terrorizmə qarşı mübarizə və digər məsələlər də vardır. Hər halda, bu məsələlər müzakirə olunduqdan sonra siz onları biləcəksiniz. Eyni zamanda, ikitərəfli görüşlər də nəzərdə tutulubdur. Mən bu gün Ermənistan prezidenti Robert Köçəryanla, sonra Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm. Rusiya prezidenti Vladimir Putin, Ermənistan və Azərbaycan prezidentləri arasında üç tərəfli görüş də ola bilər. Daha sonra dörd-tərəfli - Rusiyanın, Gürcüstanın, Azərbaycanın və Ermənistanın prezidentləri arasında Qafqaz məsələləri ilə əlaqədar görüş keçirilə bilərə əsas məsələlər bundan ibarətdir.

Sual: Cənab Prezident, viza rejiminın tətbiq olunması güman edilir. Bu məsələyə yenidən baxilması barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı yayılıbdır. Viza rejiminın tətbiq olunması haqqında məsələ sammitdə müzakirə ediləcəkmi?

Cavab: Bu məsələ sammitdə müzakirə olunmayacaqdır. Əgər Rusiya belə bir təşəbbüs irəli sürürsə, yəqin ki, bu məsələ hər bir ölkə ilə konkret müzakirə ediləcəkdir. Mən hesab etmirəm ki, Rusiya birdən-birə bütün ölkələrə viza rejimi qoysun.

Sual: Cənab Prezident, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barədə sənədlər Türkiyə Böyük Millət Məclisində hələ İndiyədək ratifikasiya edilməyibdir. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz ki, onların öz daxili işləri, komissiyaları var. Hər bir parlamentin öz qaydası vardır. Hər halda, biz də, gürcülər də bunu tez etdik. Mənim xəbərim var, bu məsələ Türkiyə parlamentinin konmisissiyalarından keçir. Burada heç bir problem yoxdur, sadəcə, prosedur məsələləri vardır.

Sual: Hörmətli Prezident, dördtərəfli görüşdə Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı reallaşa bilərmi?

Cavab: Bilirsinizmi, mən bir neçə dəfə demişəm – Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı çox mürəkkəb məsələdir. Biz bu paktın əldə olunması üçün çox işlər görməliyik və addımlar atmalıyıq. Yəqin ki, gördüyümüz bu işlər bizi həmin pakta doğru aparır. Ancaq bu nə vaxt olacaq - məlum deyildir. İndi bu məsələni konkret müzakirə etmək mümkün deyildir. Başqa sözünüz varmi?

Sual: Cənab Prezident, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə yeni təkliflər gözləyirsinizmi?

Cavab: Axi siz niyə belə suallar verirsiniz? Bizim gecə-gündüz məşğul olduğumuz məsələ elə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələşıdır. Hansı yeni təkliflər gözləyirik? Ola bilər məndə, yaxud başqasında, üçüncüsündə bir təklif olsun. Yəni sualları verəndə bir az düşünün. Çünki, basa düşürsünüz, vaxti boş keçirməməliyik.

Sual: Cənab Prezident, viza rejimi tətbiq olunarsa, azad ticarət zonası yaradılmasının əhəmiyyəti qalacaqmı?

Cavab: Yəqin ki, bunlar bir-biri ilə uzlaşdırılacaqdır. Amma bundan çox qorxmayın. Sağ olun.