Ümumdünya Bankı

BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton-‎Vuds beynəlxalq maliyyə konfransında yaradılıb. Mənzil -qərargahı Vaşınqtonda yerləşir. İnkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına yardım edir. Təşkilat öz ‎fəaliyyətində məsləhətverici, maliyyələşdirici və nəzarətedici funksiyaları yerinə yetirir. ‎Səhmdar cəmiyyət formasında yaradılan qurum öz sıralarında 200-ə yaxın dövləti birləşdirir və ‎bu dövlətlər həm də Beynəlxalq Valyuta Fondunun üzvləridir. Azərbaycan Respublikası 1992-ci ‎ildən Dünya Bankının üzvüdür.‎

BMT-nin ixtisaslaşmış təşkilatı. Bu təşkilat özündə aşağıdakı beynəlxalq maliyyə qurumlarını birləşdirir:
 
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;
 
Beynəlxalq Maliyyə Korporasiyası;
 
Beynəlxalq İnkişaf Assosiasiyası;
 
Beynəlxalq İnvestisiya Mübahisələrinin Həll Edilməsi üzrə Mərkəz;
 
İnvestisiyalara Təminat üzrə Çoxtərəfli Agentlik. Azərbaycan bu beynəlxalq qurumla konstruktiv əməkdaşlıq edir.