Azərbaycan bayrağı

\"\"Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Rəmzi mənası: göy rəng - türklük, qırmızı rəng - müasirlik və demokratiya, yaşıl rəng - islam, aypara və ulduz - aya və günəşə işarə olub, əbədilik, dünyəvilik rəmzidir. 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikasının rəsmi bayrağı olmuş, 1991-ci ildə yenidən Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilib.