Əziz həmvətənlər!
Hər il mütərəqqi bəşəriyyət Yəhudi Xalqının Müsibəti Gününü - İkinci dünya müharibəsi zamanı soyqırımı siyasətinə məruz qalmış günahsız qurbanların xatirəsini dərin hüznlə yad edir. Həmin dəhşətli müharibədə yəhudi millətinə mənsub altı milyon mülki əhali alman faşizmi tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Belə milli faciələr Azərbaycan xalqının həyatından da yan keçməmişdir. Beş il əvvəl xalqımızın tarixinə qanlı səhifə kimi daxil olmuş Xocalı soyqırımı ağlasığmaz erməni vəhşiliklərinin miqyasına görə Kiyevdəki Babiy Yarda, Varşava və Krakov gettolarında faşistlərin törətdikləri kütləvi insan qırğınları ilə bir sırada durur.
Yəhudilərin milli hüzn günündə Azərbaycan xalqı adından böyük kədərinizə şərik olduğumu bildirir, soyqırım siyasətinin bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm.