Suriya Ərəb Respublikasının prezidenti zati-aliləri cənab Bəşşar Əsədə - Bakı şəhəri, 11 aprel 2002-ci il

Hörmətli cənab prezident!

Suriya Ərəb Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Suriya xalqını təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Suriya əlaqələri xalqlarımızın əlaqəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Suriya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 17 aprel 2002-ci il.