Xalq artisti Ramiz Mustafayevə - 15 oktyabr 2001-ci il

Hörmətli Ramiz Mustafayev!

Sizi - müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizi musiqi mədəniyətimizin inkişafında böyük xidmətləri ilə musiqi aləmində nüfuz qazanmış, öz sözü, öz dəsti xətti olan sənətkarlardansınız. Tükənməz xalq musiqisindən bəhrələnən yarım əsirlik yaradıcığınız formaca bütövlüyü və rəngarəngliyi, məzmunca dolğunluğu və, kamillii ilə, musiqinin bütün janırlarını əhatə etməsi ilə səciyyələnir. Yuksək zövqlə və böyük istedadla bəslədiyiniz əsərlər musiqi tariximizə əbədilik həkk olunaraq sizə minlərlə dinləyicinin məhəbbətini qazandırmışdır.

Ölkəmizin hüdudlarından kənarda da müvəffəqiyyətlə ifa edilən opera, operetta, oratoriya, kantata. vokal - simfonik poema, mahnı və ya romanslarınız böyük fitri istedadınızı, musiqini mahir bilicisi olmağınızı hərtərəfli nümayiş etdirir və dinləyiçilərə Vətən sevgisi, mənəvi saflıq, inçə duyğular aşılayır. Son dövrdə xalqımızın ən ağrılı problemi olan Qarabağ hadisələri mövzusunda yazdığınız əsərlər Vətən qarşıısnda, onun azadlığı yolunda gördüyünüz ən dəyərli işlərinizdəndir. Azərbaycanda xor musiqisinin təşəkkül tapıb inkişaf etməsi sahəsində əməyiniz yüksək qiymətə layiqdir. Xor üçün bəstələdiyiniz əsərlər, işlədiyiniz yüzlərlə xalq mahnısı, qırx ildən artıq bir dövr ərzində rəhbərlik etdiyiniz Azərbaycan Televiziyası və Radiosu xorun fəaliyyəti ölkəmizdə bu janrın inkişafı üçün çox səmərəli olmuşdur.

Respublikamızda neçə-neçə peşəkar musiqiçi kadrlar nəslinin yetişdirilməsində Sizin bəstəkar - pedaqoq kimi də böyük xidmətləriniz vardır.

Pərəstişkarlarınız sənət yollarında zəngin təçrübə topıamış istedadlı bəstəkar kimi Sizdən yeni - yeni əsərlər gözləyirlər. Ümidvaram ki, musiqi mədəniyyətimizin daha da inkişaf etdirilməsi üçün təcrübə və baçarığınızı buundan sonra da sərf edərək onları yeni - yeni töhfələrə sevindirəcəksiniz.

Sizə uzun ömür, möhkəm cansağlığı və səmərəli fəaliyyətinizdə uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasını Prezidenti.