Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şair Nəriman Həsənzadəyə təbriki - Bakı şəhəri, 3 dekabr 2001-ci il

Hörmətli Nəriman Həsənzadə!

Sizi - xalqımızın tanınmış şairini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz zəngin ənənələrə malik olan muasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindənsiniz. Ulu əcdadlarımızdan bizə miras qalmış yüksək mədəni-mənəvi dəyərəri təcəssüm etdirən əsərləriniz oxucular arasında sizə dərin ehtiram və məhəbbət qazandırmışdır. Xalqımızın qəhrəmanlıq ruhu, yüksək insani keyfiyyətləri, vətənə, xalqa sədaqət şeirlərinizin başlıca qayəsini təşkil edir. Ana təbiətin füsunkarlığını, oğul-qızlarımızın qeyrətli və saf məhəbbətini vəsf edən əsərləriniz şeirsevərlər tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. Şeirlərinizə bəstələnmiş çoxsaylı mahnılar dilimizin tükənməz xəzinəsindən məharətlə istifadə etmək bacarığınıza dəlalət edir.

Respublikamızda və onun hüdudlarından kənarda çap olunmuş əsərləriniz gənc nəslin nikbinlik, mənəvi saflıq və vətənpərvrlik ruhunda tərbiyə edilməsinə öz töhfəsini vermişdir. Xalqımızın keçmişini canlandıran mənzum səhnə əsərləriniz öz bədii məziyyətləri, məzmun dolğunluğu və mövzu aktuallığı ilə teatlarımızın repertuarlarında layiqli yer tutmuşdur.

Sizin ədəbiyyat və mətbuat sahəsindəki təşkilatçılıq fəaliyyətiniz də təqdirəlayiqdir. \"Ədəbiyyat və incəsənət\" qəzetinin baş redaktoru kimi uzun illik səmərəli işiniz Azərbaycan ədəbiyyatının inkişafında öz rolunu oynamışdır. İnaniram ki, siz bundan sonra da Azirbaycan ədəbiyyatının inkişafı naminı var quvvınizi sərf edəcək, poeziya həvəskarlarını yeni sənət inciləri ilə sevindirəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azırbaycan Respublikasının Prezidenti.