Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin Anadolu ajansı müxbirinin sualına cavabı - 14 aprel 1999-cu il

Sual: Cənab Prezident, Siz Türkiyə dövlətinin ən nüfuzlu mükafatına - \"Atatürk beynəlxalq sülh mükafatı\"na layiq görülmüşsünüz. Sülh uğrunda mübarizə aparan dünya və Azərbaycan gənclərinə nə arzulardınız?

Cavab: Çox məmnunam ki, mən Mustafa Kamal Atatürk mükafatına layiq görülmüşəm. Mənə bu barədə məlumat verilibdir. Mən çox şadam, məmnunam, təşəkkür edirəm.

Türkiyə və Azərbaycan gənclərinə arzum budur ki, öz cümhuriyyətlərini Mustafa Kamal Atatürk kimi qorusunlar, inkişaf etdirsinlər, daha da yüksəklərə qaldırsınlar. Mən həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycan Cümhuriyyətinin daha yüksəklərə qalxmasını arzu edirəm və bütün bu işlərdə gənclərin daha da fəal iştirak etməsini arzulayıram. Fürsətdən istifadə edib, Türkiyə xalqına, vətəndaşlarına öz hörmətimi, sayğımı, məhəbbətimi bildirirəm. Sağ olun.