ATƏT-in Lissabon zirvə toplantısı

2-3 dekabr 1996-cı ildə Lissabonda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 5-ci Zirvə görüşü. Lissabon toplantısında ATƏT sədri adından təşkilatın 53 üzv ölkəsinin müdafiə etdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini əks etdirən bəyanat qəbul olunub. Prinsiplər Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat verilməsi idi. Ermənistan sammitdə həmin prinsiplərə qarşı çıxıb və sonralar ATƏT-in Minsk qrupunun bu prinsiplər əsasında hazırladığı münaqişənin həlli təkliflərini rədd edib.