Hörmətli cənab Baş nazir!
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı – böyük hersoqun təvəllüdü günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.