Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Hüsnü Mübarəkə - Bakı şəhəri, 30 sentyabr 1999-cu il

Hörmətli cənab prezident, Sizi yenidən Misir Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və

inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.