Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 24 oktyabr 2002-ci il

Hörmətli Vladimir Vladimiroviç!

Terrorçuların Moskvanın mərkəzində insanları girov götürmələri barədə xəbəri dərin həyəcan və hiddət hissi ilə qarşıladım.

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, dünya birliyinin bu bəlaya qarşı mübarizəsində fəal iştirak edir.

Hadisələrin gedişini diqqətlə izləyir, Sizinlə həmrəy olduğumuzu və girov götürülmüş bütün adamların tezliklə azad ediləcəyinə ümid bəslədiyimizi bildiririk.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 25 oktyabr 2002-ci il.