Azərbaycan Respublikasının teatr xadimlərinə - 8 mart 1995-ci il

Əziz teatr xadimləri!

Sizi Azərbaycan Milli Teatr günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanın teatr xadimləri bütün mütərəqqi fikirli ziyalılarla birlikdə həmişə milli azadlıq hərəkatımızın ön cərgəsində getmiş, xalqın ağır günlərində ona mənəvi dayaq olmuşlar, bu gün də qədim mədəniyyətimizin dünyaya tanıdılmasında böyük işlər görürlər.

Bu əlamətdar gündə milli teatrımızın çiçəklənməsi, daha da inkişaf etdirilməsi naminə sizin hamınıza cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.