Laçın rayonu

Azərbaycan Respublikasında inzibati rayon. Ərazisi - 1835 kvadrat kilometr, əhalisi - 68,5 min nəfərdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Laçın rayonundakı 1 ədəd avtovağzal, 125 kənd və qəsəbə, 149 məktəb, 2 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 1 texniki peşə məktəbi, 85 klub, 119 kitabxana, 5 musiqi məktəbi, 142 səhiyyə müəssisəsi, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair ermənilər tərəfindən ələ keçirilmişdir. Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur.