Azərbaycan Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirlikləri jurnalistinə müsahibəsi - Lissabon, 3 dekabr 1996-cı il

Sual: Cənab prezident, Lissabon Zirvə görüşündə Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirəsi haqqında nə deyə bilərsiniz?

Cavab: Mən belə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli ilə əlaqədar Lissabon Zirvə görüşündə bizim üçün məqbul olan bir sənəd qəbul edilibdir.

Sual: Ermənistan-Azərbaycan münaqişəsinin gələcəyini necə görürsünüz?

Cavab: Ermənistan-Azərbaycan münaqişəsi aradan götürülməlidir. Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunmalıdır, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşları öz evlərinə, doğma obalarına qayıtmalıdırlar.

Sual: Cənab prezident, İslam ölkələrinə çatdırmaq istədiyiniz bir sözünüz varmı?

Cavab: Mən İslam ölkələrinə hörmət və ehtiramımı bildirirəm. Bütün müsəlmanlara mənim salamımı çatdırmağınızı xahiş edirəm. Müstəqillik qazanmasının 25 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirlikləri dövlətini təbrik edirəm. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, mənim əziz dostum, cənab Şeyx Zahidə cansağlığı və işlərində uğurlar arzulayıram.