Xalq yazıçısı İlyas Əfəndiyevə - 25 may 1994-cü il

Əziz və hörmətli sənətkarımız!

Sizi - Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir.

Hörmətli İlyas müəllim! Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır. Sizə möhkəm cansağlığı, çətin və şərəfli yaradıcılıq yolunda uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.