Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun iştirakı ilə Azərbаycаn–Rumıniyа sənədlərinin imzаlаnmаsı mərаsimi - Prеzidеnt sаrаyı, 29 оktyаbr 2002-ci il

İki ölkənin gеniş tərkibdə nümаyəndə hеyətləri аrаsındа dаnışıqlаr bаşа çаtdıqdаn sоnrа Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.

Prezident Heydər Əliyev və Prezident İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında tərəfdaşlıq haqqında bəyannamə imzaladılar.

Salona toplaşanlar dövlət başçılarını hərarətlə qarşıladılar.

Azərbaycan Milli Aerokosmik Agentliyi və Rumıniya Kosmik Agentliyi arasında kosmik məkanın sülh məqsədləri üçün istifadəsi və tədqiq olunması sahəsində əməkdaşlığa dair anlaşma memorandu, Azərbaycan Respublikası və Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında saziş imzaladılar.

 

AzərTAc