Belçikanın Neft Maliyyə Şirkəti (Belgian Petroleum Finance Company)

\"PetroFina\" sərmayədarlar qrupu tərəfindən 1920-ci ildə yaradılıb. 1999-cu ildə \"Total\" və \"PetroFina\" şirkətləri \"TotalFina\" adı ilə birləşiblər. 2000-ci ildə isə \"TotalFina\" və \"Elf Aquitaine\" \"TotalFinaElf\" adı ilə birləşərək, neft hasilatı və emalının həcminə görə dünyanın dördüncü ən böyük şirkəti olur. 2003-cü ildə konsern Total adını götürsə də \"Total\", \"Fina\" və \"Elf\" ticarət markalarını saxlayır.