Hörmətli cənab Prezident!
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və dost Bosniya və Herseqovina xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.