Cibuti Respublikasının prezidenti zati-aliləri cənab İsmayıl Ömər Cilliyə - Bakı şəhəri, 14 iyun 2002-ci il

Hörmətli cənab prezident!

Cibuti Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Cibuti xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında əlaqələri genişləndirməklə xalqlarımızın yaxınlaşması və əməkdaşlığı üçün imkanları artıracağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 28 iyun 2002-ci il.