Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin ziyarət etməsi - Ankara, Gülhanə Hərbi Tibb Akademiyası, 10 may 2003-cü il

Görüş zamanı Türkiyə Prezidenti cənab Əhməd Necdət Sezər Azərbaycan Prezidenti Heydər Əliyevi 80 illik yubileyi münasibətilə təbrik etdi, ona uzun ömür, cansağlığı arzuladı və tezliklə Vətənə qayıdacağına əmin olduğunu bildirdi.

Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edildi, regionda və dünyada baş verən hadisələr haqqında fikir mübadiləsi aparıldı.

Səmimilik və dostluq şəraitində keçən görüşün sonunda Prezident Əhməd Necdət Sezər dövlətimizin başçısını ad günü münasibətilə bir daha təbrik edərək, Heydər Əliyevin liderliyi ilə Azərbaycana firavanlıq və yeni-yeni uğurlar dilədi.