Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qahirədə \"Dünya əhalisi və inkişaf\" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misir Ərəb Respublikasına yola düşərkən Binə hava limanında müxbirin sualına cavabı - 4 sentyabr 1994-cü il

- Azərbaycan prezidentinin belə mötəbər beynəlxalq məclisdə iştirak etməsi, şübhəsiz, mühüm hadisədir və yəqin ki, Sizin yüksək səviyyədə görüşləriniz də gözlənilir?

- Hər bir beynəlxalq toplantı, beynəlxalq konqres, şübhəsiz ki, dünyada gedən proseslərin müəyyən cəhətini müzakirə, təhlil edir və müəyyən qərarlar çıxarır.

Müstəqil dövlət kimi Azərbaycan dünya birliyinə daxildir. Ona görə də belə böyük beynəlxalq məclislərdə Azərbaycan Respublikası nümayəndələrinin iştirak etməsi zəruridir. İndiki beynəlxalq konfransı BMT təşkil edir, oraya bir çox dövlətlərin başcıları gələcəkdir. Toplantının özünün əhəmiyyəti var, eyni zamanda, şübhəsiz ki, konfransda bir çox görüşlər də olacaq. Guman edirəm ki, bunlar hamısı beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir və mən də bunu nəzərə alaraq bu səfərə gedirəm.