Şah İsmayıl Xətai (1487-1524)

\"\"Azərbaycan Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə, şair. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan edib. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyulub. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilib. Türk, fars və ərəb dillərinidə gözəl şerlər yazan görkəmli şair Şah İsmayıl Xətai əsərlərinin çox hissəsini ana dilində yazıb. Onun hakimiyyəti illərində türk dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda, dövlət dili səviyyəsinə yüksəlib, diplomatik yazışmalarda istifadə olunub.