Hörmətli Eduard Amvrosiyeviç!
Gürcü xalqına üz vermiş böyük itki - görkəmli yazıçı və ictimai xadim, Gürcüstan Yazıçılar İttifaqının sədri Quram Pancikidzenin vəfatı ilə əlaqədar olaraq Sizə səmimi qəlbdən başsağlığı verirəm.
O, Azərbaycan xalqının yaddaşında Azərbaycanın böyük dostu, Azərbaycan - gürcü mədəni və ədəbi əlaqələrinin inkişafı üçün çox zəhmət çəkmiş bir şəxs kimi qalacaqdır.
Müstəqil Gürcüstanın ləyaqətli oglu Quram Pancikidzenin əziz xatirəsi qəlbimizdə əbəbi yaşayacaqdır.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti