\"Konoko\"

1875-ci ildə Pensilvaniyada yaradılan beynəlxalq şirkət. Dünyada özəl neft şirkətləri arasında 9-cu yeri tutur. Mənzil qərargahı ABŞ-da yerləşən şirkət dünyanın 25 ölkəsində fəaliyyət göstərir. 17 minə yaxın işçisi var. \"Konoko\" şitkəti neft yataqlarının kəşfiyyatı, işlənməsi, xam neft və qaz hasilatı, habelə yüksəkqiymətli maye qaz almaq üçün qaz emalı, neft emalı və öz məhsullarının satışı ilə məşğuldur. Azərbaycanda 2000-ci ildən fəaliyyətə başlayıb. Şirkət Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasını təşkil edən sponsorlar qrupuna daxildir.