Hörmətli Ələkbər müəllim!
Sizi Azərbaycan əməkdar bədən tərbiyəsi və idman xadimi, məşhur futbolçunu anadan olmanızın 65 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin yarıməsrlik fəaliyyətiniz Azərbaycanın idman şərəfini ucaltmışdır. Futbol meydançalarında nümayiş etdirdiyiniz yüksək peşəkarlıq və böyük məharət sizə dünya şöhrəti qazandırmışdır. Respublikada idmanın inkişafında və gənc nəslin tərbiyəsi sahəsindəki fəaliyyətiniz də yüksək qiymətə layiqdir. Əminəm ki, bu sahədə bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müstəqil Azərbaycanımızda idmanın inkişafı yolundakı nəcib işinizdə yeni-yeni uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.