Gülüstan müqaviləsi

Rusiyayla İran arasında Qarabağın Gülüstan kəndində imzalan müqavilə (24 oktybar (5 noyabr) 1813). Müqaviləyə əsasən İran Dağıstan, Gürcüstanın bir hissəsi, Bakı, Qarabağ, Gəncə, Şirvan, Şəki, Dərbənd, Quba, Talış xanlıqlarının Rusiyanın tərkibinə qatılmasını tanıyırdı. Bundan başqa, Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq üçün müstəsna səlahiyyət əldə edirdi. Bu müqavilə Azərbaycan ərazisinin bölünməsinin ilkin mərhələsi oldu.