Hörmətli cənab federal kansler!
Almaniya Federativ Respublikasının federal kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, sizə xoşbəxtlik, firavanlıq və bu yüksək vəzifədə uğurlar arzulayıram.
Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafının böyük əhəmiyyəti vardır. Mən əminəm ki, Azərbaycan ilə Almaniya arasında xoş münasibətlər sizin fəal köməyiniz sayəsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir. Biz də bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 22 noyabr 1994-cü il.