Belovejsk sazişi

\"\"8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları (Boris Yeltsin, Leonid Kravçuk, Stanislav Şuşkeviç) tərəfindən \"Belovejskaya Puşşa\" adlanan yerdə, Viskuli bağ evində imzalanıb . Müqaviləyə əsasən Sovet İttifaqının buraxılması və yerində Müstəqil Dövlətlər Birliyinin yaradılması elan olunub. 25 dekabr 1991-ci ildə Mixail Qorbaçovun SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verməsi ilə Sovet İttifaqının dağılması de-fakto qəbul edilib.