Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin ziyarət etməsi - Ankara, Gülhanə Hərbi Tibb Akademiyası, 10 may 2003-cü il

Türkiyənin doqquzuncu Prezidenti cənab Süleyman Dəmirəl əziz dostu və qardaşı, Azərbaycan Prezidenti Heydər Əliyevi anadan olmasının 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik etdi, ona cansağlığı, uzun ömür, Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzuladı. O, dövlətimizin başçısının səhhətinin yaxşı olmasından, onu gümrah görməsindən çox məmnun qaldığını vurğuladı.

Prezident Heydər Əliyev onu ziyarət etdiyinə və səmimi təbrikə görə cənab Dəmirələ təşəkkür etdi, Türkiyədə böyük diqqət, hörmət və ehtiram gördüyünü söylədi.

Azərbaycan Prezidenti Heydər Əliyev və cənab Süleyman Dəmirəl daha sonra söhbəti təklikdə davam etdirdilər.