Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehrana səfərinin ikinci günü İran inqilabının rəhbəri imam Xomeyninin məqbərəsini ziyarətə gəldi. Dövlətimizin başçısını hərarətlə, mehribanlıqla qarşıladılar.
Burada Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri ifa olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev imam Xomeyninin məqbərəsinə əklil qoydu, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
«İran İslam Respublikasının rəhbəri ayətullah Xomeyninin qəbrini ziyarət edərək, onun xatirəsinə böyük hörmət və ehtiramımı bildirirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
19 may 2002-ci il».