Hörmətli həmvətənlər!
Böyük kədər hissi ilə bildirirəm ki, bu gün uzun sürən xəstəlikdən sonra Ankarada Türkiyənin Hərbi Tibb Akademiyasının \"Gülnarə\" xəstəxanasında Azərbaycanın keçmiş prezidenti, Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəy vəfat etmişdir.
Bu xəbəri alan kimi mən Türkiyə Cümhuriyyətinə rəhbərləri ilə bir necə dəfə telefon əlaqəsi saxladım. Türkiyənin prezidenti hörmətli Əhməd Həcdər Sezər ilə bir necə dəfə - elə 10 dəqiqə öncə də onunla danışırdım. Türkiyənin baş naziri hörmətli Bülənd Ecəvit danışdım və danışıqlarımızda Əbülfəz Elçibəyin cənazəsini Azərbaycana gətirmək məsələlərini müzakirə edirdik.
Mən təklif etdim ki, onun cənazəsini Azərbaycana gətirilməsi üçün təcili xüsusi təyyarə göndərim. Ancaq onlar mənə dedilər ki, Türkiyə tərəfi bunu özü təmin edə bilər və orada bütün lazımı tədbirləri görüb. Türkiyənin təyyarəsi ilə cənazəni bu gün Bakıya göndərəcəklər.
Mən Əbülfəz Elçibəyin Fəxri xiyabanda dəfn olunması haqqında və dəfn ilə əlaqədar bütün xərcləri Azərbaycan hökumətinin öz üzərinə götürməsi haqqında sərəncam vermişəm.
Əbülfəz Elçibəyin ailəsinə, qohum-əqrəbasına, yaxınlarına və Azərbaycan Xalq Cəbhəsi Partiyasına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
\"Azərbaycan\" qəzeti, 22 avqust 2000-ci il.