Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın İTAR-TASS İnformasiya Teleqraf Agentliyinin baş direktoru cənab Vitali İqnatenkoya təbriki - Bakı şəhəri, 18 aprel 2001-ci il

Hörmətli Vitali Nikitiç,

Sizi – Rusiyanın tanınmış jurnalisti, publisisti və ictimai xadimini əlamətdar yubiley – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Dünyanın ən qocaman informasiya agentliklərindən biri olan İTAR-TASS-ın uzun müddət ərzində rəhbəri olaraq, Siz bütün MDB məkanında vahid informasiya xidmətinin inkişafına kömək edirsiniz. Siz Azərbaycan–Rusiya dövlətlərarası münasibətlərin genişlənməsinə, ölkələrimiz və xalqlarımız arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə sanballı töhfə vermisiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və böyük yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti