Beynəlxalq Miqrasiya Təşkilatı

\"\"Miqrasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olan beynəlxalq hökumətlərarası təşkilat. 1951-ci ildə Avropada Miqrasiya məsələləri üzrə Hökumətlərarası Komitə adı ilə fəaliyyətə başlayıb. İndiki adını 1989-cu ildə qəbul edib. Yarandığı ilk dövrlərdə Avropada mühacirlərin, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olub, sonralar fəaliyyətini miqrasiya proseslərinin idarə olunmasına doğru genişləndirib. Hazırda 86 üzvü, 40-dan artıq müşahidəçisi var. Mərkəzi iqamətgahı İsveçrənin Cenevrə şəhərində yerləşir.