Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab - 19 iyul 1998-ci il

Sual: Cənab prezident, Böyük Britaniya ilə Azərbaycanarasında olan münasibətlərin indiki səviyyəsi göstərir ki, Sizin Londona növbəti səfəriniz iki ölkə arasında münasibətlərin in-kişafında yeni mərhələ açacaqdır. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, bizim ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Bunların əsasını 1994-cü ilin fevral ayında mənim Böyük Britaniyaya ilk səfərim zamanı qoymuşuq. Biz o vaxt dostluq və əməkdaşlıq haqqında birgə bəyanat və bir çox müqavilələr, sazişlər imzalamışıq. Ona görə də bizim ölkələrimiz, dövlətlərimiz arasında bütün sahələrdə əməkdaşlıq etmək üçün lazımi, yetərli qədər hüquqi-normativ baza vardır. Bunun əsasında da bu əməkdaşlıq ötən illərdə inkişaf edibdir və bunun nəticələri göz qabağındadır. Böyük Britaniyanın çoxsaylı şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Böyük Britaniya öz şirkətləri vasitəsilə Azərbaycana böyük sərmayələr, investisiyalar qoyur. İndi bu əlaqləri daha da yüksəyə qaldırmaq, inkişaf etdirmək üçün şübhəsiz ki, bu səfər əhəmiyyətlidir. Məni Baş nazir cənab Toni Bleyr dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və bu gün oraya gedirəm. Bizim görüşlərimiz, danışıqlarımız olacaqdır və hesab edirəm ki, yaxşı nəticələr verəcəkdir.

Sual: Cənab prezident, səfər zamanı sənədlərin imzalan-ması nəzərdə tutulurmu?

Cavab: Bizim bütün sahələrdə mövqelərimizin bir daha müəyyənləşdirilməsi təsdiq edibcəkdir. Əsas sənəd birgə bəyanat olacaqdır, amma başqa sənədlər də imzalanacaqdır.

Sual: Cənab prezident, icazə verin, Sizə ANS teleşirkəti adından səfərlə bağlı olmayan bir sual verim. Bu yaxınlarda müxalifətin mövqeyini əks etdirən şərtlərin bəziləri Sizin tərəfinizdən qəbul olundu. Yəni bu, böyük bir güzəşt kimi qiymətləndirilir. Amma indi müxalifət deyir ki, əgər Mərkəzi Seçki Komissiyasinda altı yer müxalifətə verilərsə, biz seçkilərdə iştirak edərik. Kifayət qədər güzəşt addımı atmış iqtidar bu güzəştə də gedəcəkmi?

Cavab: Onda sən də de ki, \"mənə beş yer verilməsə mən ANS-də işləməyəcəyəm\". Bilirsiniz, bu məsələlər onlar dediyi kimi heç vaxt həll oluna bilməz. Çünki, \"mən bunu istəyirəm, onu istəyirəm\". Nə üçün? Sən belə danış ki, \"mən ANS-də işləmək üçün gərək mənə üçqat məvacib verəsən\". Deyə bilərsən?

Sual: Möhtərəm prezident, bu səfər çərçivəsindəiqtisadi sahədə nələr gözlənilir?

Cavab: Ola bilər ki, iqtisadi sahədə neft yataqlarının müştərək istifadə olunması üçün böyük bir müqavilə imzalansın. Sağ olun.