Rusiya Federasiyası Dağıstan Respublikası Dövlət Şurasının Sədri cənab Məhəmmədəli Məhəmmədova - Bakı şəhəri, 21 avqust 1998-ci il

Hörmətli Məhəmmədəli Məhəmmədoviç!

Dağıstan Müsəlmanları Dini İdarəsinin sədri, Müfti Səid Məhəmməd Abubakarovun terror aktı nəticəsində faciəli surətdə həlak olması haqqında xəbər məni dərindən həyəcanlandırdı və sarsıtdı.

Bu cür terror aktlarını qətiyyətlə pisləyir, Dağıstanın qardaş xalqlarını sıx birliyə və təmkinliliyə çağırıram. Sizə, mərhumun doğmalarına və yaxın adamlarına səmimiqəlbdən başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.