‎\"Leyli və ‎Məcnun\" operası‎

Şərqdə ilk opera. Müəllifi Üzeyir Hacıbəyov olan bu opera 1908-ci il yanvar ayının 12-də Bakıda tamaşaya qoyulub. \"Leyli və Məcnun\" ilə musiqi tarixində operanın yeni növü - muğam operası meydana gəldi.