Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri

Münasibətlərin tarixi: İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı ilə bir sıra amillər bağlayır. İslamın müqəddəs yerlərinin Səudiyyə Ərəbistanında yerləşməsi, hər il minlərlə azərbaycanlının bu yerləri ziyarət etməsi iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Bu proses Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bu günə qədər davam edir və şübhəsiz ki, gələcəkdə də davam edəcəkdir. Ən azı bu tarixi faktdan çıxış etməklə Azərbaycan və İslam-Ərəb dünyasının ayrılmaz hissəsi olan Səudiyyə Ərəbistanı münasibətlərinin qədim tarixi köklərə malik olduğunu qeyd etmək olar. Hələ orta əsrlər boyunca bir çox Azərbaycan şairləri ərəb dilində də böyük əsərlər yaradıblar. Bu əsərlər dünya ədəbiyyatının inciləri olmaq etibarı ilə Azərbaycan və ərəb mədəniyyətinin inkişafında böyük rol oynayıb.

İkitərəfli siyasi münasibətlər: Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının mustəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. 1992-ci ildə Azərbaycan Respublikasının xarici islər naziri Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. 1994-cu ilin aprel ayında Azərbaycanın Səudiyyə Ərəbistanında Səfirliyi fəaliyyətə başlayıb.

21 noyabr 1994-cu ildə Səudiyyə Ərəbistanının Turkiyədə, eyni zamanda Azərbaycanda səfiri akkreditə olunub. 1999-cu ilin iyun ayında Səudiyyə Ərəbistanının Azərbaycanda Səfirliyi açılıb.

Azərbaycan-SƏK münasibətlərinin genişlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

13 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə yola düşüb. Səfərdən öncə Prezident Heydər Əliyev Binə Hava limanında müxbirin sualına cavab verib: \"...İndiyədək Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında, demək olar, heç bir əlaqə olmamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə müəyyən cəhdlər olsa da, bunlar bir nəticə verməmişdir. Ancaq bu ölkə dünya birliyində böyük nüfuza malik olduğuna görə, dini birliyimizi, tarixi ənənələrimizin oxşarlığını nəzərə alaraq, mən Səudiyyə Ərəbistanı məlikinin rəsmi dəvətini qəbul etmişəm və indi səfərə gedirəm...\". Səfər çərçivəsində Heydər Əliyev İki Muqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təskilatı, İslam İnkisaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və s. rəsmi səxslərlə danısıqlar aparıb. Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaslığa dair Bas Sazis imzalanıb. Səfərin yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Səfər zamanı Prezident Heydər Əliyev müqəddəs Kəbəni ziyarət edib.

12 iyul 1994-cü ildə Peyğəmbər Məscidi ilə tanışlıqdan sonra jurnalistlərlə görüşdə Prezident Heydər Əliyev bəyanat verib.

Səudiyyə Ərəbistanından vətənə yola düşərkən jurnalistlərlə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bəyanatla çıxış edib. Bu səfəri ölkəmizin xarici siyasətində böyük nailiyyət kimi qiymətləndirən Heydər Əliyev bildirib: \"...Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz əl-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır...\".

11 dekabr 1997-ci ildə İKT zirvə görüşündə iştirak etmək üçün Tehranda olan Prezident Heydər Əliyev Səudiyyə Ərəbistanının şahzadəsi Abdulla İbn Əbdül Əziz al Səid ilə görüşüb. Heydər Əliyev azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə Səudiyyə Ərəbistanının rəhbərliyinə minnətdarlığını bildirib, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Səudiyyə Ərəbistanının yaxından iştirakı və bu ölkənin Azərbaycanın bir sıra sahələrinə sərmayə qoymasını ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm addımlar kimi yüksək qiymətləndirdiyini qeyd edib.

SƏK Hokuməti 11 avqust 2002-ci ildə qondarma Dağlıq Qarabağ respublikasında kecirilmis prezident seckilərini pisləyib və Azərbaycanın ərazi bütövlüyünu bir daha dəstəkləyib.

7 iyun 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Saleh bin Hümeydlə görüşüb.

Görüş zamanı Saleh bin Hümeyd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının sabit və qətiyyətli mövqeyini bir daha vurğulayıb. Prezident Heydər Əliyev öz çıxışında qeyd edib ki, Səudiyyə Ərəbistanı bütün islamiyyətin köküdür. Biz müsəlmanıq və müsəlmanlığımızı qoruyub saxlamışıq. Baxmayaraq ki, elə şəraitdə yaşamışıq ki, bu, mümkün deyildi. Müsəlman kimi biz həmişə Səudiyyə Ərəbistanına hörmət edirik, əlaqələrimizi daha da genişləndirmək istəyirik.

3 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İslər Naziri E.Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikası Xarici İslər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Xarici İslər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr haqqında Anlasma memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SƏK-ə 8 mart 2005-ci ildə həyata keçirilən səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi rola malikdir. Bu səfər Azərbaycan-SƏK münasibətlərində yeni mərhələ olub. Prezident İlham Əliyev ilə vəliəhd, Baş nazirin birinci müavini, Milli Qvardiyanın rəisi Əmir Abdulla bin Əbdüləziz Al Səud arasında qısa görüş olub. Görüşdən sonra Əmir Abdulla bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verib.

Azərbaycan Respublikasının Prezidenti martın 8-də İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanın Kralı Fəhd bin Əbdüləziz Al Səudla təkbətək görüş keçirib. Görüşdə ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın ali mükafatını - \"İstiqlal\" ordenini Kral Fəhd bin Əbdüləziz Al Səuda təqdim edib. Kral Fəhd bin Əbdüləziz Al Səud isə Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanı Krallığının ali dövlət mükafatı - \"Kral Əbdüləziz\" ordeni ilə təltif edib. Bu orden dünyanın ən nüfuzlu, ən görkəmli siyasi xadimlərinə təqdim olunur.

Prezident İlham Əliyev ölkənin ən kütləvi tirajlı mətbuat orqanı olan \"Ər-Riyad\" qəzetinə, habelə Səudiyyə Ərəbistanının hökumət televiziya xidmətinə müsahibə verib.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında sənədlərin imzalanması mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq kredit sazişi, Səudiyyə Ərəbistanı Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Azərbaycan dövlətinin başçısı belə tədbirlərin ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlığın yaradılması üçün faydalı olduğunu bildirib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Ciddədən İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkəyə ümrə ziyarətinə gediblər. Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyev Əl-Həram məscidinə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Kəəbəni ziyarət etdikdən sonra jurnalistlərə qısa müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzi qərargahı Ciddə şəhərində yerləşən İslam Konfransı Təşkilatının (İKT) binasına gəlib. Burada Prezident İlham Əliyev və İslam Konfransı Təşkilatının Baş katibi arasında görüş olub.

Prezidenti İlham Əliyev İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əlini qəbul edib. Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında Yevlax-Gəncə magistral yolunun və Samur-Abşeron kanalının Vəlvələçay-Taxtakörpü hissəsinin yenidən qurulması barədə kredit sazişləri imzalanıb. Sazişlərə əsasən, İslam İnkişaf Bankı layihələrin hər birinə 10 milyon dollar kredit ayıracaq. Sonra Prezident İslam dünyasının müqəddəs yerlərindən olan Mədinə şəhərinə yola düşüb. Azərbaycan dövlətinin başçısı xanımı və qızı ilə birlikdə hava limanından birbaşa Peyğəmbər məscidinə gəlib. Prezident İlham Əliyev burada Həzrəti Məhəmmədin (s) qəbrini ziyarət edib.

1 avqust 2005-ci ildə Prezident İlham Əliyev SƏK Kralı, İki Muqəddəs Ocağın xadimi Fəhd bin Əbduləziz Əl Səudun dəfn mərasimində istirak etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olub.

6 dekabr 2005-ci ildə Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Səfər zamanı Prezidentİlham Əliyev Məkkə səhərində SƏK Kralı Abdullah bin Əbduləziz Əl Səud və Vəliəhd Əmir Sultan bin Əbduləziz Əl Səud ilə görüşüb. 18 mart 2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsi Əl Valid bin Təlal bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev şahzadə Əl Səudun səfərinin səmərəli olacağına və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləyib.

6 iyun 2010-cu ildə İslam Konfransı Təşkilatının bir sıra üzvlərinin təşəbbüsü ilə Səudiyyə Ərəbistanın Ciddə şəhərində İKT İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində açıq tərkibli fövqəladə iclası keçirilib.

İclasda İsrailin \"Azadlıq donanması\" humanitar aksiya iştirakçılarına qarşı keçirdiyi hərbi əməliyyat müzakirə olunub. İKT üzv dövlətlərinin nümayəndələri öz çıxışlarında bu əməliyyatı qəti pisləyiblər.

Azərbaycanın xarici işlər nazirinin müavini bu məsələ ilə bağlı Azərbaycan Respublikasının mövqeyini tədbir iştirakçılarına çatdırıb. Görüşün sonunda İcraiyyə Komitəsinin iclasının nəticəsinə dair kommunike qəbul edilib.

İqtisadi əlaqələr: Qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi zaman Azərbaycan Səudiyyə Ərəbistanının köməyini yaxından hiss edib. 1994-1999-cu illər ərzində azərbaycanlı qacqın və köckünlərə Kral Fəhdin yardım proqramı cərcivəsində dəfələrlə ərzaq, dərman və s. ibarət humanitar yardımlar gostərilib. 1993-cu ildən Azərbaycanda SƏK-in NİCAT təskilatı fəaliyyət gostərir. NİCAT Bərdə rayonunda umumi sayı 8.300 nəfərlik iki cadır səhərciyi və Sumqayıt səhərində 2.700 nəfərlik bir dusərgəni tam təmin etməklə tibbi yardımını da həyata keçirib. 20 sentyabr 1994-cü ildə Bakıda \"Əsrin müqaviləsi\" imzalanan zaman SƏK də bu müqavilədə təmsil olunub. Hazırda \"Əsrin müqaviləsi\"ndə Delta-Hess-2,72% (Səydiyyə Ərəbistanının şirkəti) paya malikdir.‎

28 dekabr 2002-ci ildə Səudiyyə İnkisaf Fondu Bakı səhərində orta məktəb binalarının tikinti layihələrini həyata kecirmək məqsədilə Azərbaycan Hökumətinə 35.7 milyon rial həcmində kredit ayrılması barədə qərar qəbul edib.

2 oktyabr 2004-cü ildə Azərbaycan Respublikasının yanacaq və energetika naziri SƏK-ə səfər edib. Səfər cərcivəsində Krallığın neft və mineral ehtiyatlar naziri, ticarət və sənaye naziri və Azərbayca Respublikası-Səudiyyə Ərəbistanı Krallığı mustərək komissiyasının həmsədri və elektrik enerjisi və su təsərrufatı naziri ilə görüşüb. Azərbaycanlı nazir SƏK-in neft və mineral ehtiyatlar naziri Ə.Əl-Nəimi ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SƏK Kralı Fəhd bin Əbduləziz Əl Səuda məktubunu təqdim edib.

1 fevral 2006-cı ildə Səudiyyə Ərəbistanı hökuməti Azərbaycanın Tərtər və Ağstafa rayonlarının ərazisindəki mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi layihəsini həyata keçirmək üçün 50 min ABŞ dolları məbləğində vəsait ayırıb.

2009-cu ildə Səudiyyə Ərəbistanı Abşeronun su təchizatı və kanalizasiya sisteminin bərpa və genişlənməsinə 25 milyon ABŞ dolları məbləğində kredit ayırıb. 2010-cu ilin I rübündə Azərbaycanın SƏK-lə ticarət əlaqələri aşağıdakı kimi olub (min ABŞ dolları). İdxal 397,3, ixrac 51,1, Xarici ticarət saldosu -346,2.

Mədəni əlaqələr: Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda Ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Bu sahə üzrə Azərbaycanda dünya səviyyəli alimlər yetişib. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan və SƏK arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 10-17 noyabr 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam səhərlərində Azərbaycanın mədəniyyət gunləri kecirilib. Mədəniyyət gunlərində Azərbaycanın elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti istirak edib.

18 yanvar 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfiri Əli Həsən Əhməd Cəfər iki olkə arasında dostluq və əməkdaslıq əlaqələrinin inkisaf etdirilməsində xidmətlərinə gorə \"Söhrət\" ordeni ilə təltif olunub.

17-21 iyun 2008-ci ildə isə Azərbaycanda SƏK Mədəniyyət Gunləri kecirilib. Mədəniyyət günlərində yüz nəfərdən artıq SƏK numayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə SƏK-in mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədəni rəhbərlik edib.

17 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyad bin Əmin Əl-Mədənini qəbul edib. Prezident İlham Əliyev bu tədbirin xalqımızda Səudiyyə Ərəbistanının tarixi, mədəniyyəti barədə geniş məlumat yaradacağını qeyd edib. Ölkə başçısı qonağın bu səfərinin ümumi əlaqələrimizin genişlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

29 mart 2010-cu ildə Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda \"Heydər Əliyev və Azərbaycanda milli siyasət\" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib.

Səudiyyə Ərəbistanı öz enerji ehtiyatlarına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bu ölkə dünya birliyində, xüsusilə İslam ölkələrində yüksək nüfuza malikdir. SƏK Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın haqlı mövqetini müdafiə etdiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələri dəstəklədiyini dəfələrlə bəyan edib. SƏK həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını da qəti şəkildə bəyan edib.

Ümumi tarixi arayış 29 iyun 2010-cu il tarixdə tərtib olunub.