Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Roma Papası II İoann Pavel ilə görüşdə söhbətindən (Vatikan, "Palasio Kastel Qondolfo", 26 sentyabr 1997-ci il) sənədinə tarixi arayış

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfər edib. Səfər zamanı Prezident Heydər Əliyev Roma papası II İoann Pavellə görüşüb.

II İoann Pavel görüş zamanı yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunmasının, separatçılığa qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb. İki dövlət arasında münasibətlərin inkişaf etdirilməsində Prezident Heydər Əliyevin Vatikana rəsmi səfərinin böyük rolu olub. 2002-ci il mayın 22-də isə Vatikan dövlətinin başçısı, 264-cü Roma papası II İoann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib.