Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin inqilab rəhbəri zati-aliləri polkovnik Muəmmər Qəzzafi cənablarına - 1 sentyabr 1994-cü il

Möhtərəm inqilab rəhbəri!

Böyük məmnuniyyətlə Sizə və xalqınıza dərin ehtiramımı izhar edir və səmimi salamlarımı bildirirəm. Sizin rəhbərliyiniz altında ölkənizin əldə etdiyi nailiyyətləri böyük maraqla izləyirəm.

Sizi və xalqınızı \"Əl-Fətih\" inqilabının 25-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, \"Yaşıl kitabın xalqınız qarşısına qoyduğu vəzifələrin bütövlükdə həyata keçməsini arzulayıram. Tarixi, dini, adət-ənənələri bir olan xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin və qarşılıqlı əməkdaşlığın hərtərəfli inkişaf etməsini Allah-təaladan diləyirəm.

Sizə və xalqınıza müvəffəqiyyətlər, cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.