Sudan Respublikasının prezidenti zati-aliləri cənab Ömər Həsən Əhməd əl-Bəşirə - Bakı şəhəri, 1 yanvar 2000-ci il

Zati-aliləri!

Sudan Respublikasının müstəqillik gününün ildönümü münasibətilə sizi və qardaş Sudan xalqını səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.