1994-cü ildə nizamnamə kapitalı Rusiya və Belarus hökumətlərinə məxsus olmaqla açıq səhmdar cəmiyyət formasında yaradılan neft və qaz şirkəti. 2002-ci ilin dekabrından tam özəl şirkətə çevrilib. \"Slavneft\" hazırda Rusiyada fəaliyyət göstərən on ən iri neft şirkətindən biridir. Öz fəaliyyətində mineral ehtiyatların kəşfiyyatı, hasilatı və onların satışını birləşdirən şirkət Xəzər regionuna 2000-ci ildən maraq göstərməyə başlayıb.