Liviya inqilabının rəhbəri, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər Qəzzafiyə - Bakı şəhəri, 28 avqust 2001-ci il

Hörmətli cənab başçı!

Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı - Böyük inqilab günü münasibətilə Sizi və dost Liviya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm can-sağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 1 sentyabr 2001-ci il.