Hörmətli cənab prezident,
Burkina Fasonun milli bayramı – Xalq İnqilabı Günü münasibətilə Sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Burkina Faso arasında dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin mənafeyi naminə genişlənib möhkəmlənəcəkdir.
Hörmətlə,
HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.