Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri - 30 yanvar 2002-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 30-da Nyu-Yorka gedərkən yolüstü İslandiyanın Keflavik şəhərində dayanmışdır. Dövlətimizin başçısı Keflavik şəhərinin hava limanının binasını gəzdi, müxtəlif xidmət bölmələrinin işi ilə maraqlandı, qısa istirahətdən sonra Nyu-Yorka yola düşdü.

Respublikamızın rəhbəri həmin gün axşam Nyu-Yorka gəldi.

Azərbaycan Prezidenti Heydər Əliyevi «Stüart» hərbi hava bazasında onun komandanı, ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qarşıladılar.

Prezident Heydər Əliyev hərbi hava bazasından maşın karvanının müşayiəti ilə Nyu-Yorkda onun üçün ayrılmış iqamətgaha gəldi.